Milli komandamız yoxlama matçında qalib gəldi
12.03.2009 - 12:15
Milli komandamız yoxlama matçında qalib gəldi
Azərbaycan futzal yığması Avropa çempionatının əsas seçmə mərhələsinə hazırlıq məqsədi ilə keçirdiyi təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununa çıxıb. Apasport.az-ın AFFA-nın rəsmi İnternet saytına istinadən məlumatına görə, yığma ölkə çempionatında yarışan “Ekol” klubu ilə qüvvəsini sınayıb. Matç milli komandanın 5:3 hesablı qələbəsi ilə nəticələnib.

Qeyd edək ki, yığmamız Avropa çempionatının əsas seçmə mərhələ oyunlarını Portuqaliyada keçirəcək. Braziliyalı baş məşqçi Joze Alesio da Silvanın yetirmələri qitə birinciliyinin final mərhələsinə yüksəlmək üçün Portuqaliya (19 mart), Polşa (20 mart) və Finlandiya (22 mart) ilə görüşəcəklər.
0