Əmrah Çəlikəl: Buna cəsarətim də, gücüm də çatar
12.03.2009 - 12:40
Əmrah Çəlikəl: Buna cəsarətim də, gücüm də çatar
“Babək Quliyev və Anar Niyazovun hakimlikdən kənarlaşdırılmasını mətbuatdan oxumuşam”. Bu sözləri apasport.az saytına açıqlamasında Ağdamın “Qarabağ” klubunun direktoru Əmrah Çəlikəl deyib.

AFFA-nın hakimliyə yaraşmayan hərəkətlərdə adları hallandığı üçün kənarlaşdırdığı Babək Quliyev və Anar Niyazovdan şübhələrə Çəlikəlin fakt verdiyi haqda xəbərlər yayılsa da, klub rəsmisi bunu təkzib edir: “Onların mənim əlimlə tutulduğunu deyirlər. Bütün bunlar çox gülməlidir. Bu məsələdən xəbərim olsaydı, özüm ictimaiyyət qarşısına çıxıb əlimdəki faktları açıqlayardım. Buna cəsarətim də, gücüm də çatar. Niyazovla heç bir telefon söhbətim də olmayıb”.
0