“Roma” - “Arsenal” matçından sonra əlbəyaxa döyüş
12.03.2009 - 13:39
“Roma”  - “Arsenal” matçından sonra əlbəyaxa döyüş
Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları İtaliyada baş verən qalmaqalla yadda qalıb. Apasport.az saytının məlumatına görə, “Roma” – “Arsenal” qarşılaşmasından sonra azarkeşlər arasında toqquşma baş verib. Görüşün keçirildiyi Romanın “Olimpiko” stadionunun yaxınlığında yaşanana hadisəyə yerli fanatlar səbəb olub. Minimal hesabla qalib gəlməsinə baxmayaraq, penalti seriyasında uduzan italiyalıların məyus etdiyi azarkeşlər ingilis fanatları aparan mikroavtobusu daş “atəşinə” tutub. Nəticədə iki klubun pərəstişkarları arasında əlbəyaxa döyüş başlayıb. Futbol meydanından fərqli, döyüş meydanında ingilislər məğlub olub. Belə ki, qonaq azarkeşlərdən biri ayağından ciddi xəsarət alıb.
0