UEFA kubokunda 1/8 final mərhələsinin ilk oyunları start götürür
12.03.2009 - 14:32
UEFA kubokunda 1/8 final mərhələsinin ilk oyunları start götürür
Bu gün UEFA kubokunda 1/8 final mərhələsinin ilk oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, Avropanın ikinci klub turnirinin 8 ən güclüsü sırasına düşməyə iddia edənlər arasında “Qalatasaray” da var. Türkiyənin qitə kuboklarında yeganə təmsilçisi olan istanbullular səfərdə “Hamburq”la üz-üzə gələcək.

Maraqlıdır ki, həm türkiyəlilər, həm də almanlar avrokuboklar tarixində eyni sayda – 217 matç keçirib. Digər matçlara gəlincə, Ukraynanın iki komandasının Kiyevdəki mübarizəsi, həmçinin MOİK-lə “Şaxtyor”un Moskvadakı görüşü xüsusi prinsipiallıq daşıyır.

İtaliyanın qitə kuboklarındakı son təmsilçisi “Udineze” isə UEFA kubokunun son sahibi “Zenit”lə qarşılaşacaq.

UEFA kuboku, 1/8 final mərhələsi, ilk oyunlar

“Dinamo” (Kiyev, Ukrayna) – “Metallist” (Ukrayna)
MOIK (Moskva, Rusiya) – “Şaxtyor” (Ukrayna)
“Udineze” (İtaliya) – “Zenit” (Rusiya)
“Verder” (Almaniya) – “Sent-Etyen” (Fransa)
“Olimpik” (Marsel, Fransa) – “Ayaks” (Hollandiya)
“Hamburq” (Almaniya) – “Qalatasaray” (Türkiyə)
PSJ (Fransa) – “Braqa” (Portuqaliya)
“Mançester Siti” (İngiltərə) – “Olborq” (Danimarka)
0