Hakim meydandan cənazə daşıyan maşınla qaçdı - FOTO
12.03.2009 - 15:25
Hakim meydandan cənazə daşıyan maşınla qaçdı - FOTO
Yunanıstanlı futbol hakim Mario Lambrapulos cənazəsi daşıyan maşının ilk canlı sərnişini kimi tarixə düşüb. Apasport.az saytının məlumatına görə, “Korfu” ilə “Pas İoannina” komandaları arasındakı matçın hakimini stadiondan yalnız bu yolla qaçırmaq mümkün olub.

Belə ki, hakim matça əlavə olunmuş 6-cı dəqiqədə meydan sahiblərinin qapısına penalti təyin edib. Bu penaltini qola çevirməklə oyunda bərabərlik əldə edən qonaqlardan fərqli, “Korfu” və onun azarkeşləri hakimi bağışlamayıb. Meydana axışan yüzlərlə fanat “Pas İoannina” futbolçularına, hakimlər və digər ədalət təmsilçilərinə hücum edib. Tunelə qaçmağı bacaran referinin “Korfu” prezidenti Kallogiannis qaçıra bilib. Bunun üçün o hakimi cənazə daşıyan maşına mindirərək, aradan çıxarıb.
0