Türkiyə Superliqasında ən yaşlı futbolçu kimdir?
12.03.2009 - 16:03
Türkiyə Superliqasında ən yaşlı futbolçu kimdir?
Türkiyə Superliqasının ən yaşlı futbolçularının siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, türk həmkarlarımız ölkə çempionatında çıxış edən klubların sifariş vərəqələrinə əsasən, Roberto Karlosun Superliqanın ən “qoca” oyunçusu olduğunu aydınlaşdırıb. “Fənərbaxça”nın braziliyalı müdafiəçisi yaşı 35-i keçən 10 futbolçu sırasında zirvəni ələ keçirib. O, “Beşiktaş”ın qapıçısı Rüştü Rəcbərdən düz 30 gün böyükdür.

Superliqada yaşı 35-i keçən oyunçular

1. Roberto Karlos (10.04.1973 tarixində anadan olub)
2. Rüştü Rəcbər (10.05.1973
3. Okan Buruk (19.10.1973)
4. Süleymanu Hamidu (22.11.1973)
5. Əmrə Aşık (13.12.1973)
6. Əl Saka (30.01.1974)
7. İbrahim Üzülməz (10.03.1974)
8. Roman Krotoxvil (24.06.1974)
9. Məhəmməd Əli Kurtuluş (29.08.1974)
10. Ömər Catkiç (15.10.1974)
0