“Bakı” 25 aydır uduzmur
12.03.2009 - 17:17
“Bakı” 25 aydır uduzmur
“Bakı” klubu 25 aydır Azərbaycan kubokunun oyunlarında uduzmur. Apasport.az saytının məlumatına görə, 2007-ci il fevralın 26-da öz meydanında “Xəzər-Lənkəran”a 0:2 hesabı ilə yenilən bakılılar həmin vaxtdan bu turnirdə rəqiblərinə yenilməyib.

2006/07 mövsümünün 1/2 final mərhələsinin ilk matçındakı məğlubiyyətin ardından səfərdə Lənkəran təmsilçisinə minimal hesabla qalib gələn “Bakı” mübarizəni finalın bir addımlığında dayandırmışdı. Ötən mövsüm “Standard-2” və “İnter-2” ilə keçirdiyi görüşlərin hamısında qalib gələn paytaxtın eyni adlı təmsilçisi ¼ finalda dayanmalı olmuşdu.

Lakin “Qəbələ” ilə hər iki oyunda heç-heçə ilə kifayətlənən bakılılar yalnız penaltilər seriyasında rəqibindən geri qalmışdı. Kubok uğrunda ötən ilki mübarizəni məğlubedilməz kimi dayandıran “Bakı” cari mövsüm “Qafqaz Universiteti” və “Xəzər-Lənkəran”a qarşı görüşlərdə də uduzmayıb. Son 25 ayda 11 kubok matçı keçirən bakılılar bu oyunlarda 8 qələbə qazanıb və yalnız 3-də heç-heçəyə üzülüb. Bu qarşılaşmalarda 31 top vuran bakılılar öz qapısından cəmi 5 top buraxıb.
0