Xodukin: Lazım gəlsə, 70 yaşımda fotomodellə də şəkil çəkdirərəm
12.03.2009 - 17:44
“Eşitmişəm ki, adım Roman Pokora ilə birgə Anar Niyazovla şəkil çəkdirməkdə hallanır. Buna görə ilişmək absurddur. Birincisi, həmin şəkli göstərsinlər. İkincisi, ona qalsa, mən çoxları ilə şəkil çəkdirmişəm”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “İnter” klubunun baş məşqçisi Valentin Xodukin deyib.
O bildirib ki, məşqçinin hakimlə şəkil çəkdirməsi pərdəarxası münasibətlərlə bağlı şübhələnməyə əsas vermir: “Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, AFFA-nın baş katibi Elxan Məmmədovla da şəkillərim var. Lazım olsa, 70 yaşımda fotomodellə də şəkil çəkdirərəm. Bir də ki, Anar Niyazov cari mövsümdə cəmi bir oyunumuzu idarə edib. Bu da “Xəzər-Lənkəran”ı səfərdə 4:2 hesabı ilə məğlub etdiyimiz görüşdür. Həmin oyuna görə rəqibimiz ağzını aça bilmədi. Çünki hakimlik qaydasında idi və layiqli qələbə qazandıq”.
FİFA hakimləri Babək Quliyevlə Anar Niyazovun adlarının rüşvət məsələsində hallanmasına görə üç illik idarəçilik etməyəcəyinə münasibət bildirən ukraynalı mütəxəssis bu qərarın futbola ziyan verəcəyini düşünür: “Bu, yüz faiz belə olacaq. Çünki Babək Quliyevlə Anar Niyazov hazırda Azərbaycanın ən yaxşı hakimləridir və siyahıya Vüsal Əliyevlə Fariz Yusifovu da əlavə etmək lazımdır. Onları kənarlaşdırdıqdan sonra oyunlarımıza kimi göndərəcəklər? Təcrübəsiz gənc hakimləri?”
FİFA hakimlərinin belə olaylarda ilişməsini utancverici hesab edən Xodukin bildirib ki, əvvəllər Quliyevdən narazılığı olub: “Bu, Babəkin idarə etdiyi “Qarabağ”la 1:1 hesabı ilə nəticələn oyunumuz idi. Ancaq narazılığım haqlı sayılmadı. Həmin vaxt hakimliklə bağlı şikayətə görə sonradan üzr istəməmişəm. Mən hakimlərlə işbirliyinə girmirəm. Yaşlı insanam, belə xoşagəlməz şeylərlə məşğul təbiətimə ziddir. Əgər bu qədər səs-küy qaldırıblarsa, axıra kimi gedib, məsələni tam aydınlaşdırmaq lazımdır”.

0
0