“Neftçi” “Transbud”a qarşı
12.03.2009 - 18:07
“Neftçi” “Transbud”a qarşı
Bakının “Neftçi” klubu Ukraynada keçirilən beynəlxalq turnirdə iştirak edir. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi Viktor Kolotovun xatirəsinə həsr olunan beynəlxalq futzal turnirində mübarizəyə qoşulub. Yeddinci dəfə təşkil olunan ənənəvi turnirdə 16 komanda yarışır. Üçüncü qrupda “Batkivşina”, “Transbud” və “Stoxid”la bir qrupda yer alan “ağ-qaralar” növbəti mərhələyə iki vəsiqədən birinə sahib olmaq üçün mübarizə aparacaq.

Qeyd edək ki, “Svyatoşino” Olimpiya bazasında keçirilən turnirdə meydan sahibləri və “Neftçi”dən başqa Rusiya və Belarus təmsilçiləri də iştirak edir.
0