“Siz olanda, “Xəzər-Lənkəran”ın siması dəyişir”
13.03.2009 - 14:53
İqor Ponomaryov baş məşqçisi olduğu “Xəzər-Lənkəran” klubunun azarkeşlərinə müraciət edib. Apasport.az saytının məlumatına görə, 49 yaşlı mütəxəssis Premyer Liqanın növbəti turunda “Olimpik”lə sabahkı ev oyununda tribunaların dolmasını istəyir.
Ponomaryov “Bakı” ilə Tofiq Bəhramov adına Respublika stadionunun tribunalarındakı mənzərəni bir daha görmək istəyir: “Olimpik”lə oyunda tribunaları dolu görmək məni də, futbolçuları da çox sevindirəcək. Təəssüf ki, kubokda mərhələ adlaya bilmədik. Məncə, “Bakı”dan da, “Xəzər Lənkəran”dan da daha çox yarımfinala “ağ-yaşıllı” fanatlar layiq idi. 90 dəqiqə susmadan inanılmaz dəstək verdilər. Çox ümidliyəm ki, nəticə ilə olmasa da, keyfiyyətli oyunumuzla onları sevindirə bildik. Fanatlarımıza müraciət edirəm ki, dəstəyinizə ehtiyacımız var. Siz olanda komandanın siması dəyişir, gücünə güc qatılır. Bizimlə olun, birlikdə böyük uğurlar qazana bilərik”.
Qeyd edək ki, azarkeşlər “Bakı” ilə Lənkəranda keçirilən kubok oyunundan (0:1) sonra Ponomaryovu istefaya səsləmişdi.

- Faciəvi ölümlə bağlı: Çempionlar Liqasında bir dəqiqəlik sükut
- Dirk Kuyt “Liverpul”la matçdan əvvəl iddialı danışdı: “Özümüzü göstərəcəyik”
- Türkiyə millisinin sabiq üzvü karyerasını BAŞA VURUB
- “Liverpul”un “Fənərbaxça” ilə oyun üçün heyəti açıqlandı – 7 itki
- “Vest Hem” baş məşqçisini istefaya göndərdi – RƏSMİ
0
0