Hiddink Azərbaycanla oyuna heyəti martın 16-da açıqlayacaq
13.03.2009 - 16:57
Rusiya milli komandası 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycanla oyuna heyəti martın 16-da açıqlayacaq. Apasport.az saytının məlumatına görə, Qus Hiddinkin rəhbərlik etdiyi məşqçilər korpusu həm yığmamızla martın 28-də, həm də aprelin 1-də Lixtenşteynlə səfər görüşünə heyəti müəyyənləşdirmək üçün daha üç gün gözləməyi lazım bilib.
Sabah Rusiya Premyer Liqasında yeni mövsümün startı veriləcək. Rəqibimizin məşqçiləri ilk turun oyunlarını izlədikdən sonra son qərarlarını verəcək. Hiddink bir müddətdir Londonun “Çelsi” klubunu çalışdırdığı üçün, ölkə çempionatının oyunlarını onun köməkçiləri – Aleksandr Borodyukla İqor Korneyev izləyəcək.
Azərbaycan və Lixtenşteynlə oyunlara 20 futbolçunun çağırılacağı gözlənilir.

- Faciəvi ölümlə bağlı: Çempionlar Liqasında bir dəqiqəlik sükut
- Dirk Kuyt “Liverpul”la matçdan əvvəl iddialı danışdı: “Özümüzü göstərəcəyik”
- Türkiyə millisinin sabiq üzvü karyerasını BAŞA VURUB
- “Liverpul”un “Fənərbaxça” ilə oyun üçün heyəti açıqlandı – 7 itki
- “Vest Hem” baş məşqçisini istefaya göndərdi – RƏSMİ
0
0