“Onlara uşaqlıqdan nifrət edirəm”
13.03.2009 - 17:06
İngiltərə milli komandasının və “Mançester Yunayted”in üzvü Ueyn Runi sensasion açıqlama verib. Apasport.az saytının məlumatına görə, sabah Premyer Liqada növbəti turu çərçivəsində “Liverpul”la qarşılaşacaq “qırmızı şeytanlar”ın futbolçusu rəqib komandanın ünvanına xoşagəlməz sözlər ünvanlayıb
“Sabahkı oyuna görə çox həyəcanlıyam. Çünki “Liverpul”a nifrət edən “Everton”lu azarkeş kimi böyümüşəm. Və bu nifrət heç zaman dəyişməyib” - deyə Runi “Mançester Yunayted”in rəsmi İnternet saytına bildirib.
Maraqlıdır ki, 24 yaşlı futbolçunun sözləri saytda yerləşdirildikdən sonra, qarşı tərəfdən ehtiyat edildiyi üçün açıqlama ixtisar edilib. Nəticədə saytdan “Liverpul”a nifrət edən” və “Bu nifrət heç zaman dəyişməyib” ifadələri çıxarılıb.

- Faciəvi ölümlə bağlı: Çempionlar Liqasında bir dəqiqəlik sükut
- Dirk Kuyt “Liverpul”la matçdan əvvəl iddialı danışdı: “Özümüzü göstərəcəyik”
- Türkiyə millisinin sabiq üzvü karyerasını BAŞA VURUB
- “Liverpul”un “Fənərbaxça” ilə oyun üçün heyəti açıqlandı – 7 itki
- “Vest Hem” baş məşqçisini istefaya göndərdi – RƏSMİ
0
0