“Xəzər-Lənkəran” “Olimpik”lə bacarmadı
13.03.2009 - 17:44
“Xəzər-Lənkəran” “Olimpik”lə bacarmadı
Azərbaycan Premyer Liqasında çıxış edən klubların nəzdində olan əvəzedici komandalar arasında ölkə birinciliyində XVIII tura start verilib. Peşəkar Futbol Liqasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, çempionatın bu gün keçirilən iki oyunu turnir cədvəlində dəyişikliklərə səbəb olub.

Öz meydanında “Simurq”u 2:0 hesabı ilə məğlub edən “İnter” MOİK-i arxada qoyaraq 4-cü pilləyə yüksəlib. Düzdür, “hərbçilər” bir oyun az keçirib. “İnter”dən fərqli, “Olimpik” MOİK-i ən azı bir günlük arxada qoymaq imkanını əldən verib. “Xəzər-Lənkəran”la 1:1 hesablı “sülh” bağlayan bakılılar 6-cı pillədə qalıb. Qələbə qazanacağı halda, “Simurq”u arxada qoymaq şansı olan lənkəranlılar da bu imkandan yararlana bilməyib.
0