Azərbaycan - Uels: 6 iyun saat 20:00-da
14.03.2009 - 11:31
Futbol üzrə Azərbaycan milli komandasının 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Uels yığması ilə görüşünün dəqiq vaxtı müəyyənləşib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, iyunun 6-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 20:00-da başlanacaq.
Bu, milli komandamızın cari seçmə mərhələ çərçivəsində növbəti ev oyunu olacaq. Buna qədər isə yığmamız martın 28-də Rusiya milli komandasının qonağı olacaq. Moskvanın “Lujniki” stadionunda təşkil ediləcək həmin görüşün start fiti Bakı vaxtı ilə saat 18:00-da çalınacaq.

- Faciəvi ölümlə bağlı: Çempionlar Liqasında bir dəqiqəlik sükut
- Dirk Kuyt “Liverpul”la matçdan əvvəl iddialı danışdı: “Özümüzü göstərəcəyik”
- Türkiyə millisinin sabiq üzvü karyerasını BAŞA VURUB
- “Liverpul”un “Fənərbaxça” ilə oyun üçün heyəti açıqlandı – 7 itki
- “Vest Hem” baş məşqçisini istefaya göndərdi – RƏSMİ
0
0