“Azərbaycanla oyuna çağırılan heyəti Hiddink özü müəyyənləşdirib”
17.03.2009 - 10:52
“Azərbaycanla oyuna çağırılan heyəti Hiddink özü müəyyənləşdirib”
“Azərbaycanla oyuna hazırda sərəncamımızda olan ən yaxşı futbolçuları seçib çağırmışıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya milli komandasının məşqçisi Aleksandr Borodyuk deyib.

Azərbaycan milli komandası ilə qarşılaşacaq rəqibimizin çalışdırıcısı bildirib ki, baş məşqçi Qus Hiddinkin “Çelsi”də işləməsinin heyəti müəyyənləşdirməsinə təsir etməyib: “Hiddinkin Londona getməsindən sonra heç nə dəyişməyib. Azərbaycan və Lixtenşteynlə oyunlara çağırılan heyəti də hollandiyalının özü müəyyənləşdirib. Mən, Qus və İqor Korneyev heyəti birgə müzakirə etdik. Son qərarı isə Hiddink verdi”.

Qeyd edək ki, martın 28-də Moskvada keçiriləcək Rusiya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
0