Bışovets: Tuayevin dedikləri normal insanın əməlinə bənzəmir
17.03.2009 - 11:02
Bışovets: Tuayevin dedikləri normal insanın əməlinə bənzəmir
“Kazbek Tuayevin haqqımda dedikləri normal insanın əməlinə bənzəmir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiyanın əməkdar məşqçisi Anatoli Bışovets deyib.

SSRİ və Rusiya milli komandalarının sabiq baş məşqçisi “Neftçi”nin veteran futbolçusu Kazbek Tuayevin onu kütbeyin, fırıldaqçı və şizofrenik adlandırmasına biganə qalmayıb. Bışovets özünü həmyerlimizlə müqayisədən başlayıb: “Cəsarətlə deyə bilərəm ki, Bışovets 7-8 il ərzində ölkənin ən yaxşı futbolçuları arasında olub, dünya və Avropa çempionatında iştirak edib, müxtəlif rəmzi yığmalarda yer alıb. Bəs Kazbek Tuayev kimdir?”

Qeyd edək ki, Bişovets 1966-cı ildə “Neftçi”nin bürünc medal qazanmasında özünün çıxış etdiyi Kiyev “Dinamo”sunun rolunun olduğunu açıqlamışdı. Futbol veteranı Kiyevdəki uduzduqları oyunu bilərəkdən verdiklərini iddia edirdi ki, bakılıların həmin heyətində yer alan Tuayev həmkarının cavabını vermişdi.
0