Dünyanın ikinci komandası Azərbaycandadır
17.03.2009 - 12:29
Dünyanın ikinci komandası Azərbaycandadır
Azərbaycan Premyer Liqasının lideri dünyanın ikinci komandasıdır. Apasport.az saytının hesablamalarına görə, “Bakı” planetin ən az qol buraxan klubları sırasında ikinci pillədə qərarlaşıb. Çempionatın 18 matçında cəmi 6 top buraxan paytaxt təmsilçisi hər görüşə orta hesabla 0,33 top buraxıb. 87 ölkənin 122 liqasında mübarizə aparan və ən azı 5 oyun keçirən 1905 komanda arasında yalnız Mərakeş təmsilçisi “Vidad” “Bakı”nı qabaqlayır.

Dünyanın ən az qol buraxan 10 komandası

1. “Vidad” (Kasablanka, Mərakeş) - 0,31 (7 qol/22 oyunda)
2. “Bakı” (Azərbaycan) – 0,33 (6/18)
3. “Əl Hilal” (Riyad, Səudiyyə Ərəbistanı) – 0,36 (7/19)
4. “Olimpiakos” (Pirey, Yunanıstan) – 0,38 (10/26)
5. “Bohemians” (İrlandiya) – 0,39 (13/33)
6. “Əl-Vəhdət” (İordaniya) – 0,42 (6/14)
7. “Ekranas” (Litva) – 0,42 (12/28)
8. “Çonburi” (Tailand) – 0,29 (13/29)
9. “Partizan” (Serbiya) – 0,45 (9/20)
10. “İnter” (Turku, Finlandiya) – 0,46 (12/26)

Qeyd edək ki, Premyer Liqada ən çox top buraxan “Bakılı” 18 oyunda qapısında 47 top görüb və 2,47 göstəricisi ilə 1892-ci yerdə qərarlaşıb.
0