Hakimlər Komitəsinin sabiq sədrinə yeni təyinat
17.03.2009 - 12:40
Hakimlər Komitəsinin sabiq sədrinə yeni təyinat
Hakimlər Komitəsinin sabiq sədri Murad Məmmədov Litvaya yollanacaq. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, beynəlxalq dərəcəli hakim-inspektorumuz yeni təyinat alıb. Futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsinin martın 19-dan 22-dək Litvada keçiriləcək 4-cü qrupunun oyunlarında hakim-inspektor vəzifəsini Məmmədov yerinə yetirəcək.

Qeyd edək ki, həmin qrupda Litva, İtaliya, Belarus və Gürcüstan milli komandaları mübarizə aparacaq.
0