Azərbaycanda hakimi təhqir ediblər
17.03.2009 - 13:16
Azərbaycanda hakimi təhqir ediblər
AFFA İntizam Komitəsinin növbəti yığıncağı keçirilib. Apasport.az saytının məlumatına görə, Premyer Liqa klubları 4600, əvəzediciləri üçün 600 manat cərimə edilib. Daha 300 manat cərimə birinci divizion təmsilçilərinin hesabındadır.

Premyer Liqanın XVIII turunun “Xəzər-Lənkəran” – “Olimpik” matçının 69-cu dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan qovulan Mahir Şükürov 1 oyunluq kənarlaşdırılmaqla yanaşı, bakılıları 200 manat ziyana salıb.

“Qarabağ” - “Qəbələ” matçında isə komandalar hərəyə 1000 manat ödəyəcəklər. Buna “Qarabağ”ın 6, “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalanması səbəb olub.

“Neftçi” – “Turan” matçının 43-cü dəqiqəsində “Neftçi” rəqibə qarşı kobud oyuna görə birbaşa qırmızı vərəqə alıb meydandan qovulan Ruslan Abışov 2 oyunluq kənarlaşdırılıb, meydan sahibləri 2000 manat cərimə olunub. Matçın 58-ci dəqiqəsində ikinci sarı vərəqə aldığı üçün qırmızı vərəqə alan Ruslan Abbasov 1 oyunluq kənarlaşdırılıb və “Turan”ı 200 manat ziyana salıb. Oxşar səbəbdən MOİK – “Muğan” matçının 64-cü dəqiqəsində meydanı tərk edən Fərid Həşimzadənin cəzası da eyni olub.

Premyer Liqanda çıxış edən klubların əvəzedici heyətlərinin XVIII turunda “Qarabağ” – “Qəbələ” matçının 67-ci dəqiqəsində qırmızı vərəqə alan Taqim Novruzov 1 oyunluq kənarlaşdırılıb və ağdamlılar 100 manat cərimə olunub.

“Bakılı” – “Standard” matçında qonaqların 5 futbolçusunun sarı vərəqə alması isə onlara 500 manata başa gəlib.

Azərbaycan çempionatının I divizionunun XIX turunun “Ədliyyə” – “Anşad-Petrol” matçında 4 futbolçusu sarı vərəqə alan bakılılar 100 manat cərimə olunub. “Energetik” – “Qafqaz Universiteti” matçının 55-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan çıxarılan Emil Paşayev 2 oyunluq kənarlaşdırılıb və qonaqları 200 manat cərimə olunub.
0