Rusiya - Azərbaycan matçı: qarın və şaxtanın altında
18.03.2009 - 14:02
Rusiya - Azərbaycan matçı: qarın və şaxtanın altında
Martın 28-də dünya çempionatının seçmə mərhələsi çərçivəsində Moskvada növbəti matçına çıxacaq Azərbaycan futbol yığması əlverişsiz hava şəraiti ilə üzləşəcək. Apasport.az saytının məlumatına görə, Rusiya komandası ilə oyun günü Moskvada hava şaxtalı olacaq və qar yağacaq.

Hidrometeoroloqların proqnozuna əsasən, martın 28-də günorta saatlarında temperatur -1 dərəcə təşkil edəcək. Oyun saatına yaxınlaşdıqca temperaturun -3 dərəcəyə düşəcəyi gözlənilir.

Ümumiyyətlə, futbolçularımızın Moskvada olduqları 3 gündən yalnız 1-i qismən yağıntısız keçəcək. Bu, milli komandamızın Rusiya paytaxtına yetişəcəyi günə, yəni martın 26-na təsadüf edəcək. Növbəti 2 gündə isə hava buludlu olacaq, qar yağacaq.

Qeyd edək ki, Rusiya - Azərbaycan qarşılaşmasının start fiti Bakı vaxtı ilə saat 18:00-da çalınacaq.
0