Tiqana “Əl-Hilal”da
18.03.2009 - 15:08
Tiqana “Əl-Hilal”da
“Beşiktaş”ın sabiq baş məşqçisi Jan Tiqana özünə yeni iş yeri tapıb. Apasport.az saytının məlumatına görə, son iki ildə işsiz olan fransız mütəxəssis Səudiyyə Ərəbistanın “Əl-Hilal” klubunun baş məşqçisi təyin edilib. Tiqana bu postda rumın həmkarı Kosmin Olaroyunu əvəzləyib.
Qeyd edək ki, Tiqana Türkiyədəki fəaliyyətinə qədər vətənində “Lion”, “Monako”, İngiltərədə “Fulhem” klubunu çalışdırıb.
0