Qəhrəman Əliyev: Stiv Koppellə hələ çox var
18.03.2009 - 15:19
Qəhrəman Əliyev: Stiv Koppellə hələ çox var
İngiltərənin “Ridinq” klubunun baş məşqçisi Stiv Koppell üçün “Donkaster”lə matç xüsusi əhəmiyyət kəsb edir. Apasport.az saytının məlumatına görə, birinci divizionda mübarizə aparan komandaya rəhbərlik edən 53 yaşlı mütəxəssis ölkə çempionatlarında baş məşqçi kimi yubiley – 1000-ci oyununu keçirəcək. Koppellə qədər İngiltərə çempionatları tarixində 16 məşqçi “1000” həddinə çata bilib. Onlardan yalnız 5-i fəaliyyətini davam etdirməkdədir.

İlk dəfə 1984-cü ildə “Kristal Pelas”a baş məşqçi təyin olunan 53 yaşlı Koppell işindən heç də məmnun deyil: “Açığını deyim ki, bu, gülməlidir. Çempionatda çalışdığım ilk mövsümün gedişində komandanın məşqinə yollanmaqdansa, həbsxanaya girməyi üstün saydığım anlarım çox olub. Mən bu sənətə nifrət edirdim. Buna görə də 1000-ə çatmağım təəccüblüdür”.

Qeyd edək ki, Azərbaycan çempionatlarının rekordçusu hazırda MOİK-i çalışdıran Qəhrəman Əliyevdir. İlk Azərbaycan çempionatının keçirildiyi 1992-ci ildən start götürən 17 ölkə çempionatının hamısında iştirak edən yeganə mütəxəssis hələ 500 oyun həddinə çatmayıb.
0