Leandro Qomeş: Yaxşı oynasaq, Rusiya ilə görüşdə sensasiya edə bilərik
18.03.2009 - 17:56
Leandro Qomeş: Yaxşı oynasaq, Rusiya ilə görüşdə sensasiya edə bilərik
“Rusiya milli komandası çox güclüdür. Bildiyiniz kimi, ötən il keçirilən Avropa çempionatında bürünc medal qazandılar”. Apasport.az saytının məlumatına görə, bunu jurnalistlərə görüşdə Azərbaycan yığmasının hücumçusu Leandro Qomeş deyib.

Bu gün mətbuat üçün təşkil olunan açıq məşqdən sonra jurnalistlərin əhatəsinə düşən braziliyalı futbolçu bildirib ki, milli komandamız martın 28-də Moskvada Rusiya ilə görüşdə sensasiya edə bilər: “Biz sensasiya edə bilərik. Amma bunun üçün komanda yaxşı oynamalıdır”.
0