Vaqif Cavadov: Rusiya ilə oyun çətin olsa da, Moskvadan xalla dönəcəyik
18.03.2009 - 19:19
Vaqif Cavadov: Rusiya ilə oyun çətin olsa da, Moskvadan xalla dönəcəyik
“Rusiya yığması ilə qarşılaşma çox çətin olacaq. Elə bir rəqiblə görüşürük ki, bu komanda ötən yay Avropa çempionatının bürünc medalçısı olub”. Bunu apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının hücumçusu Vaqif Cavadov deyib.

Uzun müddət Moskva MOİK-nin əvəzedici komandasında oynamış 20 yaşlı futbolçu son iki ildə Ağdamın “Qarabağ” klubunda çıxış edir: “Mən Rusiyada oynadığım vaxtda həmişə sürətli futbol oynayıblar. İndinin özündə də bu oyuna, taktiki hazırlığa xüsusi diqqət yetiriblər. Fikrimcə, bizimlə matçda da çox hücum edəcəklər. Hər komandaya qarşı oynamaq olar. Rusiya da bunlar sırasındadır. Reallıqda görürük ki, bütün komandalar kimlərdənsə xal götürür. Azərbaycan da elə komandadır ki, bütün rəqiblərdən xal götürə bilər. Mənə elə gəlir ki, biz Rusiya ilə oyunda çox yaxşı çıxış edəcəyik. İnşallah, Moskvadan xalla qayıdacağıq”.

Cari mövsümün ilk yarısında yaxşı formada olan Vaqif ikinci dövrədə fərqlənə bilməyib. Cavadov buna belə izah verib: “Son turlarda oyunumuz alınmadı. Hesab etmirəm ki, hazırda zəif çıxış edirəm. Əskinə, indi yaxşı formadayam. İnanıram ki, qarşıdakı turlarda fərqlənəcəyəm. Yığmada ön xətdə oynayan hər bir futbolçu ilə duetim yaxşı alınır. Hazırda bizimlə təlim-məşq toplanışında olmayan Branimir Subaşiç də yaxşı futbolçudur. Futbol elə oyundur ki, meydanda hər bir adamla dil tapmaq asandır”.
0