Qadınla əlbəyaxa olan futbolçu tutuldu
01.04.2009 - 15:32
Qadınla əlbəyaxa olan futbolçu tutuldu
İngiltərənin “Sanderlend” klubunun hücumçusu Cibril Sisse həbs olunub. Apasport.az saytının məlumatına görə, 27 yaşlı fransız futbolçu qadına hücuma etməkdə günahlandırılır. O, günorta saatlarında Nyukaslda qadınla əlbəyaxa olan zaman tutularaq, polis şöbəsinə aparılıb. Orada dindirilən Cibril hələ də həbsdə saxlanılır. Onun yaxın vaxtlarda zaminə buraxılacağı gözlənilir. Futbolçu məhkəmə qarşısında mövsüm bitəndən sonra – iyunun 3-də cavab verəcək.

“Sanderlend” baş verənlərlə bağlı hələ heç bir rəsmi şərh verməyib. Fransanın “Marsel” klubundan bir illiyə icarəyə götürülən Sisse ilə əməkdaşlığın davam etdirilib-etdirilməyəcəyi hələ məlum deyil. Cibril eyni zamanda, Fransa milli komandasının üzvüdür.
0