“Bakı” Türkiyə yığmasından dəvət alan futbolçu ilə danışıqlar aparır
01.04.2009 - 23:00
“Bakı” Almaniyanın “Nürnberq” klubunun futbolçusu Oğuz Aytanovla danışıqlar aparacaq. Bu haqda apasport.az saytına “Bakı” klubunun vitse-prezidenti Tunc Afşar məlumat verib.
“Bu gün Almaniyaya yollanıram. Oğuz uzun müddətdir Nürnberqdə yaşayır və Bundesliqada çıxış edən bu şəhərin eyniadlı təmsilçisinin üzvüdür. 16 yaşlı Aytanov “Nyunberq”in yeniyetmələrdən ibarət komandasında çıxış edir, orta sahə oyunçusudur. Futbolçunun valideynləri azərbaycanlıdır. Atasının adı Vilayətdir” deyə Afşar bildirib.
O, həmçinin vurğulayıb ki, Oğuzun həm Azərbaycan, həm də Türkiyə pasportu var. Afşar bunu futbolçunun Türkiyəyə də bağlı olması ilə əlaqələndirib: “Futbolçu Oğuz Aytan kimi çağırılsa da, əsl soyadı Aytanovdur. Səhv etmirəmsə, onlar əslən naxçıvanlıdırlar. Sonradan İqdıra köçüblər və Türkiyədə də yaşadıqları üçün bu ölkənin də pasportuna malikdirlər. Onu Türkiyənin 17 yaşlılardan ibarət yığma komandasına dəvət ediblər. Bununla bağlı Oğuzda federasiyanın rəsmi məktubu da var. Ancaq biz ona dəvət qəbul etməyib, gözləməyi məsləhət bildik. Çünki futbolçu Türkiyə yığmasında oynasa, Azərbaycanda çıxışı çətin olacaq. Oğuzun “Bakı” ilə yanaşı, yığmanızda da çıxış etməsində maraqlıyıq”.

0
0