Daum Azərbaycana gəlməyə razılıq verdi
01.04.2009 - 23:37
Daum Azərbaycana gəlməyə razılıq verdi
Tanınan almaniyalı məşqçi Kristof Daum Azərbaycana gələ bilər. Bu haqda apasport.az saytına “Bakı” klubunun vitse-prezidenti Tunc Afşar məlumat verib. Onun sözlərinə görə, Kölnün eyniadlı komandasının çalışdırıcısını Bakıya dəvət ediblər.

“Bülənt Korkmaz kimi, Daum da Bakıda gördüklərimiz işlərlə tanış olacaq, konfrans keçirəcək. Artıq onun bu səfərlə bağlı razılığını almışıq. Daum mayda Bundesliqada mövsüm bitəndən sonra Azərbaycana gələ biləcək. Həftəsonu Daumun köməkçisi olmuş Kuşla görüşüb, ardından Almaniyaya yollanacağıq. Məlum olduğu kimi, “Köln”lə əməkdaşlıqla bağlı rəsmi müqavilə bağlamağı planlaşdırmışıq” – deyə Afşar bildirib.

Məşqçilik karyerasında Türkiyədə də çalışmış Daum “Beşiktaş” və “Fənərbaxça” klublarının baş məşqçisi olub. O, “Fənərbaxça” ilə iki dəfə Türkiyə Superliqasının qalibi olub. Daum “Beşiktaş”la həm ölkə çempionluğu, həm də kuboku qazanıb.
0