Yurgen Klinsman və Lotar Matteus Bakıya gələ bilər
02.04.2009 - 09:33
Yurgen Klinsman və Lotar Matteus Bakıya gələ bilər
Gələn ay Azərbaycan və Almaniya yığmaları arasında yoldaşlıq oyunu keçiriləcək. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, federasiyalar arasında mövcud olan qarşılıqlı əməkdaşlıq çərçivəsində aparılan danışıqlar nəticəsində iki ölkənin veteran futbolçularından ibarət komandalar arasında yoldaşlıq matçının keçirilməsi barədə razılıq əldə olunub.

Bu ilin may ayında Bakıda baş tutacaq qarşılaşma heç də sonuncu olmayacaq. Belə ki, rəqiblərin bir müddət sonra Almaniyada üz-üzə gəlməsi də nəzərdə tutulub. Veteranlar arasında qarşılaşmanın dəqiq tarixi, vaxtı və komandaların heyətləri tam dəqiqləşməsə də, Lotar Matteus, Andreas Breme, Rudi Föller, Yurgen Klinsman kimi futbolçuların rəqib düşərgədə yer alması mümkündür.
0