Oğlan futbolçularla qızların fərqi
02.04.2009 - 09:37
Oğlan futbolçularla qızların fərqi
19 yaşadək qızlardan ibarət Azərbaycan yığması növbəti yoxlama oyununu keçirib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, Avropa çempionatının ikinci seçmə mərhələsinə hazırlaşan yığmamız qüvvəsini “İnter”lə matçda sınayıb. Sınaqçı rəqib tapmaqda çətinliklə üzləşən qızlar paytaxt klubunun 1992-93-cü il təvəllüdlü futbolçulardan ibarət komandası ilə münasibətlərini ayırd edib. Oğlanlar zərif cins nümayəndələrinə güzəştə getməyərək, iki cavabsız qolla qalib gəlib.
0