İspaniya milli komandası Belçikaya çatdı
02.04.2009 - 11:06
İspaniya milli komandası Belçikaya çatdı
Dünya çempionatının seçmə mərhələsində Türkiyə milli komandasını ikinci oyunda da məğlubiyyətə uğradan İspaniya yığması rəqibinin tarixinə düşüb. Apasport.az saytının hesablamalarına görə, ötən il Avropa çempionu olan Pireney təmsilçisi seçmə mərhələnin qarşılaşmalarında Türkiyədən 6 xal alan ikinci komanda olub.

Bu, “ay-ulduzlu” yığmanın tarixi ərzində yalnız bir komandaya – Belçikaya nəsib olmuşdu. Belə ki, qələbəyə görə 3 xalın hesablanmağa başladığı 1994-cü ildən indiyədək 7 seçmə mərhələni arxada qoyan Türkiyə digər rəqiblərinə 6 xal bağışlamayıb. Belçikalılar 12 il əvvəl DÇ-98-in seçmə mərhələsində türkiyəliləri xalsız qoyub: evdə 2:1, səfərdə 3:1.

Qeyd edək ki, qələbəyə görə iki xalın hesablandığı dövrdə Türkiyəni xala həsrət qoyanların sayı daha çox olub. Lakin DÇ-94-ün seçmə matçlarında və ona qədər olan vaxtda onların rəqibləri iki matça 4 xal əldə edib.
0