Hiddink Azərbaycan və Lixtenşteyn yığmalarını müqayisə etdi
02.04.2009 - 11:09
Hiddink Azərbaycan və Lixtenşteyn yığmalarını müqayisə etdi
Rusiya milli komandasının baş məşqçisi Qus Hiddink Azərbaycanla Lixtenşteyn yığmalarını müqayisə edib. Apasport.az saytının məlumatına görə, təcrübəli holland mütəxəssis milli komandamızı “cırtdan ölkə”nin təmsilçisindən zəif sayıb.

Onun fikrincə, səfərdə minimal hesabla yendikləri (1:0) Lixtenşteyn qrupda digər rəqiblərə də başağrısı yaradacaq: “Onların ötən şənbə görüşdüyümüz Azərbaycandan güclü olması ilə razıyam. Ümid edirəm ki, Lixtenşteyn digər rəqiblərə qarşı da belə cəsarətlə oynayacaq və onlardan xal alacaq. Bizə Azərbaycan və Lixtenşteynlə görüşlərdə 6 xal qazanmaq lazım idi. Yaxşı ki, buna nail olduq. Bu iki oyundan itkisiz çıxıb, yürüşdə öz mövqeyini qorumaq çox vacibdir. Qazandığımız üç xal Finlandiya ilə matçda oyunumuzu başqa cür qurmağa və seçmə mərhələnin qalan görüşlərdə daha layiqli çıxış etməyə kömək edəcək”.
0