Türkiyə yığması “Cəhənnəm”ə vasil oldu
02.04.2009 - 11:24
Türkiyə yığması “Cəhənnəm”ə vasil oldu
2010-cu ildə CAR-da keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Avropada 23 matç baş tutub. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının istirahət etdiyi bu oyun günündə qrupumuzda gözlənilən nəticələr qeydə alınıb. Favoritlər Almaniya və Rusiya səfərdə qol buraxmadan qələbə qazanıblar. Yığmamızın da qapısına qol vuran yarımmüdafiəçi Konstantin Zıryanov Lixtenşteynlə görüşdə ruslara qələbə qazandırıb.

Azərbaycanlı futbol azarkeşlərin yaxından izlədiyi Türkiyə milli komandası doğma meydanda – “Əli Sami Yen” stadionunda İspaniyaya minimal hesabla uduzub. Özü də Fatih Terimin komandası Avropa çempionu ilə görüşdə ilk hissədən sonra hesabda irəli olduğu halda, sonda məğlubiyyətlə barışıb. “Fənərbaxça”nın ispan hücumçusu Daniel Quiza əzəli rəqibləri olan “Qalatasaray”ın meydanında sonradan oyuna girməklə, görüşün taleyini həll edib. Belə ki, Riera məhz Quizanın ötürməsindən sonra qələbə topunu vurub. Ardıcıl iki məğlubiyyət Türkiyənin hətta pley-offa vəsiqə qazanmaq uğrunda işini çətinləşdirib.

Sözsüz ki, günün ən diqqətçəkən hesabı Polşada qeydə alınıb. Milli komandamızı iki dəfə darmadağın etmiş (8:0 və 5:0) polşalılar bu dəfə San Marinoya divan tutub. “Cırtdan ölkə”nin təmsilçisi futbolda nadir hallarda qeydə alınan 0:10 hesabı ilə uduzub. Fransa Litvanı evdə də 1:0 hesabı ilə yenib və bu dəfə qələbə topunun müəllifi Riberi olub.

İrlandiya milli komandasının italyan baş məşqçisi Covanni Trapattoni vətənindən xal aparıb. İtaliya yığması irlandlarla ev oyununda qələbəni son dəqiqələrdə əldən verib. Özü də Marçello Lippinin çalışdırdığı komanda görüşün 86 dəqiqəsini azlıqda keçirməli olub. Çünki Patsi 4-cü dəqiqədə meydandan qovulub. Ukrayna ilk məğlubiyyətini İngiltərədə aldı. Kapitan Andrey Şevçenko “Dumanlı Albion”a qayıdışını qolla qeyd etsə də, bu, yetərli olmayıb.

Ölkəmizdə çıxış edən legionerlərdən 4-ü martın 28-də olduğu kimi, bu dəfə də forma geyiniblər. Moldovalı müdafiəçilər - Sergey Laşenkovla (“Olimpik”) Andrey Savinov (“Bakı”) yenə 90 dəqiqə meydanda olublar. Həmçinin, “İnter”in latviyalı yarımmüdafiəçisi Vladimir Kolesnişenko görüşü əvəzedilmədən keçirib. Onun komanda yoldaşı Andrey Rubin bu dəfə də sonradan meydana çıxıb və 21 dəqiqə oynayıb. Hər halda, Rubinin Latviya milli komandasında 100-cü görüşünü keçirdiyini nəzərə alsaq, Lüksemburqla 2:0 hesablı qələbə ilə nəticələn ev oyunu onun üçün əlamətdar olub. Müdafiəçilər - estoniyalı Dmitri Kruqlovla (“Neftçi”) albaniyalı Admir Telli (“Qarabağ”) yenə ehtiyatda qalıblar.

1 aprel

1-ci qrup


Macarıstan – Malta – 3:0

Haynal, 7, Gera, 80, Yuxaj, 90

Danimarka – Albaniya – 3:0
Andreasen, 31, Larsen, 37, Poulsen, 80

1

Danimarka

5

4

1

0

12-2

13

2

Macarıstan

6

4

1

1

8-2

13

3

Portuqaliya

5

1

3

1

6-3

6

4

İsveç

4

1

3

0

2-1

6

5

Albaniya

7

1

3

3

3-6

6

6

Malta

7

0

1

6

0-17

1



6 iyun: İsveç – Danimarka, Albaniya – Portuqaliya

2-ci qrup

Latviya – Lüksemburq – 2:0

Jiqayev, 44, Verpakovski, 76

İsveçrə – Moldova – 2:0
Nkufo, 20, Fray, 53

Yunanıstan – İsrail – 2:1
Salpingidis, 32, Samaras, 67-pen – Qolan, 59

1

Yunanıstan

6

4

1

1

12-4

13

2

İsveçrə

6

4

1

1

11-6

13

3

Latviya

6

3

1

2

10-6

10

4

İsrail

6

2

3

1

10-8

9

5

Lüksemburq

6

1

1

4

3-13

4

6

Moldova

6

0

1

5

2-11

1



5 sentyabr: Moldova – Lüksemburq, İsveçrə – Yunanıstan, İsrail – Latviya

3-cü qrup

Çexiya – Slovakiya – 1:2

Şkrtel, 30-öz qapısına – Şestak, 22, Endrişek, 83

Polşa – San Marino – 10:0
Boquski, 1, 27, Smolyarek, 18, 60, 72, 81, R.Levandovski, 43, Yelen, 51, M.Levandovski, 63, Saqanovski, 88

Şimali İrlandiya – Sloveniya – 1:0
Fini, 73

1

Şim. İrlandiya

7

4

1

2

12-6

13

2

Slovakiya

5

4

0

1

10-6

12

3

Polşa

6

3

1

2

18-7

10

4

Çexiya

6

2

2

2

6-4

8

5

Sloveniya

6

2

2

2

5-4

8

6

San Marino

6

0

0

6

1-25

0



6 iyun: Slovakiya – San Marino

4-cü qrup

Uels – Almaniya – 0:2

Ballak, 11, Uilyams, 48-öz qapısına

Lixtenşteyn – Rusiya – 0:1
Zıryanov, 38

1

Almaniya

6

5

1

0

18-4

16

2

Rusiya

5

4

0

1

9-3

12

3

Finlandiya

4

2

1

1

6-6

7

4

Uels

6

2

0

4

4-7

6

5

AZƏRBAYCAN

4

0

1

3

0-4

1

6

Lixtenşteyn

5

0

1

4

0-13

1



6 iyun: AZƏRBAYCAN – Uels, Finlandiya – Lixtenşteyn

5-ci qrup

Türkiyə – İspaniya – 1:2

Şəntürk, 26 – Havi Alonso, 63-pen, Riera, 90

Bosniya və Herseqovina – Belçika – 2:1
Dzeko, 12, 15 – Sverts, 89

Estoniya – Ermənistan – 1:0
Puri, 83

1

İspaniya

6

6

0

0

13-2

18

2

Bosniya və Herseqovina

6

4

0

2

18-7

12

3

Türkiyə

6

2

2

2

6-5

8

4

Belçika

6

2

1

3

10-11

7

5

Estoniya

6

1

2

3

5-15

5

6

Ermənistan

6

0

1

5

3-15

1



5 sentyabr: Türkiyə – Estoniya, İspaniya – Belçika, Ermənistan – Bosniya və Herseqovina

6-cı qrup

İngiltərə – Ukrayna – 2:1

Krauç, 29, Terri, 85 – Şevçenko, 74

Andorra – Xorvatiya – 0:2
Klasniç, 15, Eduardo Da Silva, 35

Qazaxıstan – Belarus – 1:5
Abdulin, 10 – A.Qleb, 48, Kalaçev, 53, 63, Staseviç, 56, Rodionov, 88

1

İngiltərə

5

5

0

0

16-4

15

2

Xorvatiya

5

3

1

1

10-4

10

3

Ukrayna

4

2

1

1

5-3

7

4

Belarus

4

2

0

2

9-6

6

5

Qazaxıstan

5

1

0

4

6-16

3

6

Andorra

5

0

0

5

1-14

0



6 iyun: Xorvatiya – Ukrayna, Qazaxıstan – İngiltərə, Belarus – Andorra

7-ci qrup

Avstriya – Rumıniya – 2:1

Xoffer, 25, 44 – Tanase, 24

Fransa – Litva – 1:0
Riberi, 75

1

Serbiya

5

4

0

1

12-5

12

2

Fransa

5

3

1

1

7-6

10

3

Litva

6

3

0

3

6-5

9

4

Avstriya

5

2

1

2

7-8

7

5

Rumıniya

5

1

1

3

6-10

4

6

Farer adaları

4

0

1

3

1-5

1



6 iyun: Litva – Rumıniya, Serbiya - Avstriya

8-ci qrup

İtaliya – İrlandiya – 1:1

Yakinta, 10 – Robbi Kin, 89

Bolqarıstan – Kipr – 2:0
Popov, 8, Makriyev, 90

Gürcüstan – Çernoqoriya – 0:0

1

İtaliya

6

4

2

0

9-3

14

2

İrlandiya

6

3

3

0

7-4

12

3

Bolqarıstan

5

1

4

0

5-3

7

4

Kipr

5

1

1

3

4-7

4

5

Çernoqoriya

5

0

3

2

3-6

3

6

Gürcüstan

7

0

3

4

4-9

3



6 iyun: Kipr – Çernoqoriya, Bolqarıstan - İrlandiya

9-cu qrup

Hollandiya – Makedoniya – 4:0

Kuyt, 16, 41, Huntelaar, 25, Rafael van der Vaart, 88

Şotlandiya – İslandiya – 2:1
Makkormak, 39, S.Fletçer, 65 – Smarason, 45

1

Hollandiya

5

5

0

0

12-1

15

2

Şotlandiya

5

2

1

2

4-6

7

3

İslandiya

5

1

1

3

5-8

4

4

Makedoniya

4

1

0

3

2-7

3

5

Norveç

3

0

2

1

2-3

2



6 iyun: Makedoniya – Norveç, İslandiya - Hollandiya
0