Maurinyo rəqqasələrin hücumuna məruz qaldı - FOTOSESSİYA
02.04.2009 - 14:01
Maurinyo rəqqasələrin hücumuna məruz qaldı - FOTOSESSİYA
İtaliyanın “İnter” klubunun baş məşqçisi Joze Maurinyo çətin vəziyyətlə üzləşib. Apasport.az saytının məlumatına görə, bu dəfə onu çıxılmaz vəziyyətə salan nə rəqib komanda, nə azarkeşlər, nə də jurnalistlər olub. Portuqaliyalı çalışdırıcının başına sadəcə, canlı yayımda oyun açıblar.

Belə ki, Maurinyo İtaliya telekanallarının birində yayımlanan “Çiambretti gecəsi” adlı proqrama qatılıb. Qəflətən onun yanında bir rəqqasə peyda olub. Bu gözəlçə məşqçiyə toxunub, onun qarşısında müxtəlif rəqs hərəkətləri göstərib. Həmin qızın dalınca Maurinyoya daha üç rəqqasə yaxınlaşıb. Rəqqasələrin əhatəsində sakit görünmək istəyən Maurinyonun sıxıldığı nəzərdən qaçmayıb. “İnter”in baş məşqçisi aradabir gülümsəməklə, vəziyyətdən çıxmağa çalışıb.

Xatırladaq ki, iki ay öncə “Çiambretti gecəsi” proqramında eyni hücuma İngiltərə yığmasının baş məşqçisi Fabio Kapello məruz qalmışdı.
0