Arşavin Almaniyanın Azərbaycanla görüşdə büdrəməsinə inanmır
02.04.2009 - 14:55
Arşavin Almaniyanın Azərbaycanla görüşdə büdrəməsinə inanmır
“Biz Azərbaycan və Lixtenşteynlə oyunlardan 6 xal qazanmalı idik və buna nauil olduq. Hazırda əsas vəzifəmiz nəticədir”. Apasport.az saytının məlumatına görə, bunu Rusiya milli komandasının hücumçusu Andrey Arşavin deyib.

Cari seçmə mərhələdə Azərbaycanla bir qrupda mübarizə aparın rusların 27 yaşlı lideri Almaniyanın da milli komandamız və Lixtenşteynlə görüşlərdə qələbə qazanacağına şübhə etmir: “Almaniya Uelslə çətin səfər oyunundan üç xal götürdü. Gözəl başa düşürük, almanlar çətin ki Azərbaycan və Lixtenşteynə görüşdə büdrəsin. Ümid yalnız ona qalırdı ki, onlardan Finlandiya və Uels xal alacaq. Helsinkidə heç-heçə oldu, Uelsi isə uddular. Buna görə də biz də bunu etməliyik. Bizim üçün ən əsas özümüzün qələbə qazanmağıdır”.
0