“Emin Quliyevin nə ixtiyarı var ki, rəqiblərin anasına söysün?”
02.04.2009 - 15:03
“Emin Quliyevin nə ixtiyarı var ki, rəqiblərin anasına söysün?”
“Emin Quliyev kapitan kimi, üzərinə vəzifəni yerinə yetirmirdi. O, hansı əsasla komanda yoldaşlarını təhqir edə bilər? Futbolçunun nə ixtiyarı var ki, rəqiblərinə ana söyüşü etsin?” Apasport.az saytının məlumatına görə, bu fikirləri “Xəzər-Lənkəran” klubunun baş məşqçisi İqor Ponomaryov deyib.

Emin Quliyevin transferə çıxarılmasına əsaslı səbəblərin odluğunu bildirən 49 yaşlı mütəxəssisin sözlərinə görə, futbolçu kapitan kimi komanda yoldaşlarına nümunə olmayıb: “Bu sarğı Eminə daha təmkinli, müəyyən mənada komanda yoldaşlarına nümunə olmağa sövq edirdi. Quliyev isə MOİK-lə son oyunda rəqibin gənc futbolçularını təhqir etdi. Özü də bunu ədalətsiz etdi. Axı həmin futbolçu Eminə nə etmişdi? Onun da rəqibimiz kimi, Eminlə mübarizə aparmaq hüququ var. Hazırda sabiq kapitanımız olan futbolçu isə oyundan sonra onun üzərinə atıldı, təhqir etməyə başladı və hətta onu vurmağa cəhd etdi. Axı tribunalarda azarkeşlərin arasında qadınlar və uşaqlar vardı. Quliyevin bəxti gətirdi ki, hakim ona qırmızı vərəqə göstərmədi”.

Quliyevlə dəfələrlə tərbiyəvi söhbət edən Ponomaryov onun hələ Antalyada yoxlama oyunlarında intizamsız hərəkətlər etdiyini söyləyib: “Orada sınaq matçlarında Quliyev həm hakimi, həm də futbolçuları söyürdü. Bu oyunların birinə prezidentimiz də gəlmişdi. Komandanın kapitanı isə buna fikir verməyərək, rəqibə və hakimlər briqadasına nalayiq sözlər dedi. Xüsusilə onu qeyd edim ki, Emin “Aktobe” ilə görüşdə futbolçumuz Kostadin Cambazovu təhqir etdi. Bəli, biz onda qol buraxdıq, ancaq bu, belə hərəkətə əsas vermir. Hələ onda Emini əvəzləmək istəyirdim”.

“Xəzər-Lənkəran”ın çalışdırıcısı kapitanı dəfələrlə cərimələsələr də, bunun fayda vermədiyini deyib: “Hətta mən onu əvəzedici heyətə göndərməyi planlaşdırsam da, sonradan bu ideyadan imtina etdim. Hər dəfə Eminə son şans verib, müxtəlif söhbətlər aparıb, ciddi cəzalandırmaq istəmirdik. Bir vaxt isə hətta onun komandadan çıxarılması məsələ dursa da, bizə onu yenidən bağışladıq. Quliyevə futbolçu kimi faydalılıq baxımından da iradımız vardı. Qoy Emin saysın ki, yanvardan bu yana nə qədər məşq keçib. Daimi ya zədəli olurdu, ya da cəzalı. Kapitan sarğısı isə ona digər futbolçulardan tez sıraya dönməyi sövq edir. Bir sözlə, Eminin transferə çıxarılması ilə bağlı qərar öz-özünə yaranmayıb”.

Mənbə: extratime.az
0