Premyer Liqada qalmaq üçün bir milyon mükafat
02.04.2009 - 15:53
Premyer Liqada qalmaq üçün bir milyon mükafat
İngiltərənin “Nyukasl” klubunun baş məşqçisi Alan Şirer cəmi iki ayda bir milyon funt sterlinq qazana bilər. Apasport.az saytının məlumatına görə, komandanın Premyer Liqadakı yerini qoruması üçün mütəxəssisə vəd olunan mükafatın məbləği açıqlanıb. Belə ki, 30 matçda 29 xal toplayaraq 18-ci pillədə qərarlaşan “Nyukasl” rəhbərliyi komandanın güclülər dəstəsində qalması üçün simiclik etmək niyyətində deyil. Bir milyon mükafat əldə etmək imkanı olan Şirerin bu iki ay üçün əmək haqqı da çox yüksəkdir. Belə ki, gənc mütəxəssis hər qarşılaşma üçün nəticədən asılı olmayaraq 100 min qazanacaq. Mövsümün sonu 8 tur qaldığını nəzərə alsaq, sabiq futbolçu iki aya 800 min əmək haqqı alacaq. Mükafatı da ələ keçirəcəyi halda Şirerin bu müddətdə qazanacağı ümumi məbləğ 1,8 milyona bərabər olacaq.

Qeyd edək ki, son qələbəsini fevralın 7-də qazanan “Nyukasl” 3 xala həsrət qaldığı son 5 matçda cəmi 2 xal əldə edib.
0