Bekhem arvadına sataşan sərxoşun başına butulka çırpdı - FOTO
02.04.2009 - 16:10
Bekhem arvadına sataşan sərxoşun başına butulka çırpdı - FOTO
İngiltərə yığmasının futbolçuları Devid Bekhemlə Ueyn Runi barda dava-dalaş yaradıblar. Apasport.az saytının məlumatına görə, Ukrayna ilə rəsmi oyuna dəvət alan futbolçular London barlarında insidentə səbəbkar olublar.

Futbolçular Runinin ötən mövsüm İngiltərə Premyer Liqasının ən yaxşı futbolçusu ilə bağlı aldığı mükafatı qeyd edirlərmiş. Bara gələnlərdən biri içkili halda ingilis futbol ulduzlarını təhqir etməyə başlayıb. Həmin şəxs Bekhemin xanımına replika atan zaman Devid özünü saxlaya bilməyərək, butulka ilə onun başına zərbə vurub. Runi də kənarda qalmayıb və kütləvi iğtişaşa girişib. Nəticədə tanınan isimlər polis şöbəsinə aparılıb.

Maraqlısı isə odur ki, Runi dava-dalaş zamanı ən yaxşı futbolçu ilə bağlı aldığı kuboku itirib. İngiltərə yığmasının baş məşqçisi Fabio Kapello baş verənlərə görə pərişan olub. Bununla belə, italyan mütəxəssis təmkinli halda, “bu vəziyyət bütün komanda üçün qurşaqdan aşağı zərbədir” deyib.

Qeyd edək ki, 34 yaşlı Bekhem Runidən düz 10 yaş böyükdür.
0