Ballak yenə Almaniya yığmasında qalmaqal yaratdı
02.04.2009 - 16:17
Ballak yenə Almaniya yığmasında qalmaqal yaratdı
Almaniya yığmasında qalmaqal yaranıb. Apasport.az saytının məlumatına görə, Bundestimin kapitanı Mihael Ballakla Polşa əsilli hücumçu Lukas Podolski Uelslə səfərdə keçirilən oyunun ikinci hissəsində dalaşıb. Olay meydanda baş verib və vəziyyət o həddə çatıb ki, futbolçular əlbəyaxa olublar.

İnsidentə şərh edən Ballak bildirib ki, Podolski onun sözünə qulaq asmır: “Baş məşqçi bizə tez-tez taktiki tapşırıqlar verir. Bir kapitan kimi o, mənə qulaq asmalı idi. Əgər Podolskinin bununla bağlı başqa fikri varsa, oyundan sonra bu haqda danışa bilərik. Təəssüf ki, mənimlə razılaşmadı və yaxşı olmayan bu qalmaqal baş verdi. Ancaq fikrimcə, Lukaş artıq səhvini başa düşüb, etiraf edib”.
0