FİFA-dan “Bakı”ya xoş xəbər
02.04.2009 - 17:49
“Bakı” klubu FİFA-dan xoş xəbər alıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan Premyer Liqasının qış fasiləsində komandaya keçən 25 yaşlı mərakeşli hücumçu Hasan Suarinin transfer vərəqəsi yaxın günlərdə gəlməlidir.
Vətənində çıxış etdiyi klubla problemi yaranan və müqaviləsinin müddəti başa çatmadığı iddia edilən Hasan bununla bağlı FİFA-ya şikayət etmişdi. Onun vəkil əməliyyatın həftə sonuna qədər yekunlaşacağını söyləyib. Belə olan halda, Suarinin növbəti turda "Olimpik"lə aprelin 5-də “Şəfa” stadionunda keçiriləcək oyunda meydana çıxacağı istisna edilmir.
Həmin görüşdə zədə səbəbindən oynamayacağı gözlənilən Fabio Luis Ramimlə də bağlı xoş xəbər var. Belə ki, “Bakı”nın həkimi Murad Mərdanlı milli komandamızın Rusiya yığması ilə Moskvadakı oyununda xəsarət alan 27 yaşlı braziliyalı yarımmüdafiəçinin artıq zədəsini tam sağaltdığını bildirib. Məşqlərdə tam gücü ilə çalışan Fabionun keçmiş komandası ilə görüşdə oynayacağı gözlənilir.
Mənbə: baki.fc

- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0