“Neftçi”nin aparıcı futbolçuları ehtiyat komandaya göndərildi
02.04.2009 - 23:15
“Neftçi”nin aparıcı futbolçuları ehtiyat komandaya göndərildi
Bakının “Neftçi” klubunun iki aparıcı futbolçusu - Elmar Baxşıyevlə Ruslan Abışov ehtiyat komandaya göndərilib. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi-2”nin baş məşqçisi Arif Əsədov deyib.

Ancaq bu qərar heç də oyunçuların nizam-intizam qaydalarını pozmaları ilə bağlı deyil. Sadəcə, Baxşıyev və Abışovun oyun təcrübələrini itirməmələri üçün belə addım atılıb. Belə ki, adıçəkilən futbolçuların vərəqə limitləri dolduğundan, növbəti turda MOİK-lə görüşə buraxılmayacaqlar. Buna görə də Arif Əsədov aprelin 4-də MOİK-2-yə qarşı matçda hər iki oyunçunun xidmətindən yararlanmaq niyyətindədir.

Əvəzində, flaqmanın əvəzedici heyətindən 5 futbolçu əsas komandaya cəlb olunub. Orxan Həsənov, Emin Cəfərquliyev, Eşqin Quliyev, Tural İsgəndərov və Elton Yaqublu hazırda “Neftçi”nin düşərgəsindədirlər.

Mənbə: extratime.az
0