“Orada futbol oynamaq mümkünsüzdür”
03.04.2009 - 09:40
“Mənə elə gəlir ki, orada futbol oynamaq mümkünsüzdür”. Apasport.az saytının məlumatına görə, bu sözləri Argentina milli komandasının futbolçusu Lionel Messi deyib.
22 yaşlı yarımmüdafiəçi dünya çempionatının seçmə mərhələsi çərçivəsində Boliviya yığmasına 1:6 hesabı ilə uduzmalarının səbəbini qarşılaşmanın keçirildiyi La-Pas şəhərinin dəniz səviyyəsindən yüksəkdə olması ilə izah edib: “Düzdür, dünyada elə futbolçular var ki, onlar Boliviyaya gedib orada yaxşı oynaya bilir. Əslində, bu da bizə haqq qazandırmır. Bizim üçün belə şəraitdə oynamaq çox çətin idisə, boliviyalılar üçün adi hal idi. Belə olduğuna təəssüflənirəm. Lakin seçmə turniri davam etdirmək və səhvləri düzəltmək lazımdır”.
Qeyd edək ki, seçmə mərhələsinin Cənubi Amerika zonasında keçirdiyi 12 oyundan sonra hesabında 19 xalı olan Argentina yığması 4-cü pillədə qərarlaşıb.

- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0