Qus Hiddink Vaqif Cavadovu göstərdi
03.04.2009 - 10:05
Rusiya milli komandasının baş məşqçisi Qus Hiddink yenə Azərbaycan yığması haqda danışıb. Apasport.az saytının məlumatına görə, holland mütəxəssis seçmə mərhələdə qələbə qazandıqları son iki rəsmi oyunda, Azərbaycan və Lixtenşteynlə görüşlərdə Vaqif Cavadovun zərbəsini yada salıb: “Razılaşın ki, son iki matçda müdafiədə demək olar nöqsanlarımız olmadı. Bu oyunlarda rəqiblərimiz ümumi səyləri sayəsində cəmi bir qol vəziyyəti yaratdılar. Onda da Azərbaycan yığmasının futbolçusunun uzatma dəqiqələrində zərbəsi dirəkdən döndü. Məqsədimizə nail olduğumuzdan bu iki görüşdə nəticədən tam razıyam. Yığmamıza final mərhələsinə çıxmaq uğrunda mübarizədə bu 6 xal vacib idi. Təbii ki, azarkeşlər həmişə komandalarının təkcə qələbə qazanmasını yox, həm də keyfiyyətli futbol oynamasını istəyir. Ancaq Azərbaycan və Lixtenşteynlə görüşlərdə oyunumuzu gözəl adlandırmaq olmaz. Bununla heç mübahisə etməyəcəyəm”.
0
0