Rəşad Sadıqovun prezidenti qəzaya düşdü
03.04.2009 - 10:18
Rəşad Sadıqovun prezidenti qəzaya düşdü
Azərbaycanlı futbolçular Rəşad Sadıqov və Ramal Hüseynovun çıxış etdiyi Türkiyənin “Kocaelispor” klubunun kollektivi xoşagəlməz hadisə ilə üzləşib. Apasport.az saytının məlumatına görə, Superliqada qalmaq uğrunda mübarizə aparan və maliyyə problemlərindən əziyyət çəkən İzmit təmsilçisinin prezidenti Serhan Gürkan avtomobil qəzasına düşüb.

Dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Türkiyə - İspaniya görüşünü izləmək üçün İstanbula gedən Gürkan işıqforun qırmızı işığında dayanıb və bu zaman arxadan gələn avtomobil onun maşınına çırpılıb. Ümumilikdə isə bir-birinin ardınca düzülən 5 avtomobil zəncirvari şəkildə bir-birinə “girib”.

Qəzada xəsarət alan olmasa da, Gürkanın son model “Mercedes”i yararsız hala düşüb. Yolun qalanını başqa avtomobildə gedən “Kocaelispor” prezidenti hər halda, Türkiyə və İspaniya yığmalarının görüşünü tribunadan izləyə bilib.
0