Fuad Əsədovun sənədləri AFFA-ya təqdim olundu
03.04.2009 - 12:05
Fuad Əsədovun sənədləri AFFA-ya təqdim olundu
Bu gün növbəti təlim-məşq toplanışına başlayan Azərbaycan milli komandasının yenilənmiş heyəti açıqlanıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, aprelin 6-dək paytaxtda təlim-məşq toplanışı keçirəcək 17 yaşadək futbolçulardan ibarət yığmanın hazırlıqlarında 20 oyunçu iştirak edəcək.

Almaniyalı baş məşqçi Bernard Lippert toplanışa Rəhman Hacıyev, Tural Qürbətov, Mehdi Mehdiyev, Nurlan Novruzov, Ruslan Tağızadə, Şəhriyar Şükürlü, Fuad Əsədov, Emil Balayev, Tural Məmmədli, Elşən Abdullayev, Cavid Muxtarzadə, Kazım Kazımlı, Tural Rəcəbov, Hacı Əhmədov, Slavik Alxasov, Aleksandr Qross, Samir Mirzəli, Eldar Paşayev, Orxan Sadıqlı, Tərlan Salmanovu dəvət edib. Bir müddət əvvəl yığmanın heyətinə dəvət olunmuş, lakin sonradan yığmadan kənarlaşdırılan Fuad Əsədovun da hazırlıqlara qatılması səbəbsiz deyil. Sənədlərində mövcud olan çatışmazlıqlarla bağlı heyətdən çıxarılan futbolçunun həqiqətən də 1993-cü il təvəllüdlü olması ilə bağlı müvafiq sənədlər artıq AFFA-ya təqdim olunub.
0