“Bakı”ya İngiltərədən qonaq gəldi - FOTO
03.04.2009 - 12:38
“Bakı”ya İngiltərədən qonaq gəldi - FOTO
Azərbaycanda səfərdə olan İngiltərə Premyer Liqasının Texniki Monitorinq üzrə eksperti Beri Noyels bu gün “Bakı” klubunun qonağı olub. Apasport.az saytının məlumatına görə, klubun baş ofisinə təşrif buyuran qonaq "Bakı"nın uşaq futbolunun inkişafı üçün görülən işləri nəzərdən keçirib. Klubun icraçı-direktoru Yaşar Seyidov uşaq futbolu üzrə ekspert olan Noyelsə inkişaf yolunda atılan bütün addımlar haqda ətraflı məlumat verib. Sonda Noyels görüşdən tam razı qaldığını və "Bakı"nın yetirmələrini hər zaman İngiltərədə görməyə şad olacağını bildirib.

Qeyd edək ki, qonaq buna qədər AFFA-nın baş katibi Elxan Məmmədovla görüşüb.
0