Advokat: Azərbaycan güclü komanda deyil
03.04.2009 - 15:00
Advokat: Azərbaycan güclü komanda deyil
Sankt-Peterburqun “Zenit” klubunun baş məşqçisi Dik Advokat Rusiyanın keçirdiyi son iki oyunu dəyərləndirib. Apasport.az saytının məlumatına görə, Rusiya yığmasının dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan və Lixtenşteynə qarşı keçirdiyi oyunlar hollandiyalı mütəxəssisi razı salıb. Advokat rəqiblərin səviyyəsinə də toxunub: “Rusiyalılar yaxşı səviyyədə olduqlarını göstərdilər. Azərbaycanla Lixtenşteyn heç də ən güclü rəqiblər deyil. Buna baxmayaraq, onları da məğlub etmək vacibdir. Bu da mümkün oldu”.

Qeyd edək ki, rusiyalılar millimizi iki, Lixtenşteyni isə bir cavabsız qolla məğlub edib.
0