Emin Quliyevdən sensasion açıqlamalar: Ponomaryovun işi dedi-qodudur - MÜSAHİBƏ
03.04.2009 - 16:32
Bir neçə gün öncə “Xəzər-Lənkəran” klubundan qovulan Emin Quliyevin apasport.az saytına müsahibəsi
- “Xəzər-Lənkəran”dan qovulmağınıza səbəb nədir?
- Neçə gündür özümdə deyiləm. Hər şey mənə yuxu kimi gəlir. Bilmirəm, bütün bunlar necə baş verdi. MOİK-lə oyundan sonra komanda istirahətə buraxılmışdı. Martın 27-də Bakıda ilk məşqə çıxanda, Vadim Vasilyev gəlib dedi ki, Emin, sən gözlə, Ponomaryovun sözü var. Məşq formamı geyinib dayanmışdım, bir azdan Ponomaryov Samir Ələkbərovla bir yerdə gəldi. İqor dedi ki, klubda iclas keçirilib və rəhbərlik tərəfindən transferə çıxarılmısan, get özünə başqa komanda tap. O sözdən elə tutuldum ki, nə deyəcəyimi bilmədim. Yığışıb getdim evə. Səhəri ona zəng elədim. Soruşdum ki, məni istəmirsənsə-istəmə, amma səbəbini de. Konkret cavab verə bilmədi. Cavab verdi e, amma səbəb barədə bir söz deməyi bacarmadı.
- Ponomaryov sizə nə dedi?
- Dedi ki, klub rəhbərliyi belə qərar verib. Mən təkid edəndə qayıtdı ki, indi komandanı məşqə çıxarıram, sonra danışarıq. Bununla da, söhbətimiz qurtardı.
- Ponomaryov sizə qarşı bəzi ittihamlar səsləndirib. Onlardan biri də davranışlarınızla bağlıdır.
- Mən əvvəl necə idimsə, indi də eləyəm. Davranışımın dəyişdiyini deyirlər, qoy bir dənə fakt açıqlasınlar. Desinlər ki, Emin, bax, sən filan-filan hərəkətləri etmisən. Xasiyyətimi bilirsiniz, mən ciddi adamam. Komanda içərisində də özümü həmişə bu cür aparmışam, artıq-əskik iş görməmişəm. "Xəzər-Lənkəran" üçün 3 ildən artıq can qoymuşam. O cür azarkeşlərdən ayrılmaq mənə çox ağır gəlir.
- “Xəzər-Lənkəran”da məşqləri buraxdığınız vaxtlar olurdu?
- Bir dəfə də səbəbsiz yerə məşq buraxmamışam. "Xəzər-Lənkəran"ı necə istədiyimi rəhbərlik də bilir, azarkeşlər də. Uşaqları həmişə yaxşı oynamağa ruhlandıran mən olmuşam. Belə olan halda, niyə məşq buraxmalı idim ki? Bu, bəhanədir. Ponomaryov bilmir ki, öz günahlarını mənim üstümə necə atsın. Nəticə verə bilmir, komanda bu gündədir, bir nəfəri qurban vermək istəyir. O da mənəm. Ponomaryov gərək Allahı olduğunu unutmasın. Rasim Kara gedəndən bir müddət sonra söhbət vardı idi ki, İqor gələcək. Klubdan çox hörmət etdiyim bir şəxs mənə zəng edib, fikrimi soruşdu. Dedi, tanıyırsan, necə məşqçidir? Barəsində yaxşı sözlər danışdım. Milli komandada bir yerdə işlədiyimizi, sakit insan olduğunu, normal məşqçi kimi tanıdığımı bildirdim. Yəni, Ponomaryovun gəlişində mənim də rolum olub. İndi bəziləri söz çıxarıb ki, Ağasəlim Mircavadovun adamıyam. Mircavadovun adamı olsaydım, yayda o, "Xəzər-Lənkəran"dan gedəndə, mən də komandadan çıxardım. Yoxsa klubla müqaviləni uzatmazdım.
- Deyilənə görə, baş məşqçinin getməsini istəmisiniz. Bu söhbətlər nədən qaynaqlanır?
- Klubun sahibi mən yox, Mübariz müəllimlə Mais müəllimdir. Mən bir futbolçuyam, rəhbərlik kimi desə, o məşqçi ilə də işləməliyəm. Müqavilə bağlayıb, pul almışamsa, deyilən hər şeyi etməliyəm. Mənim nəyimə lazımdır kim gəlir, kim gedir. Adımı çıxarmışdılar ki, Rasim Kara ilə də yola getmirdim. Guya, aramızda söz-söhbət düşüb, narazılıq böyüyüb. Kara bundan yaxşı idi. Birinci dövrədə Bakıda "Olimpik"ə, "Standard"a qalib gəldik. Yeddi-səkkiz oyun ardıcıl qələbə qazandıq. Komandanın heç olmasa oyunu var idi. Meydana çıxanda bilirdin ki, nə edəcəksən, necə oynayacaqsan. İndi nə var, heç bilmirsən. Ponomaryovun ilk vaxtlardan gözü məni götürmürdü. Antalyada olanda görürdüm ki, məni "qaralayıb".
- Bəlkə yoxlama oyunlarının birində Kostadin Cambazovla mübahisə etdikdən sonra əvəzlənməyinizi deyirsiniz?
- Bilmirəm, hansı oyun idisə, künc zərbəsindən sonra qol buraxdıq. Qol vuran futbolçunu başqa komanda yoldaşım tutmalı idi. Amma Cambazov məni günahkar çıxardı. Qışqıra-qışqıra dedi ki, niyə ona imkan verdin? Düzü, söz acığıma gəldi. Həmin tonda cavabını verdim. Ponomaryov Cambazovun mənə acıqlanmasına bir söz demədi, amma mənim sözümü eşitdi. Bir-iki dəqiqə sonra əvəzləndim. Oyundan sonra düşdü üstümə ki, niyə meydanda danışırsan. Bir daha gördüm ki, mənə qarşı qərəzlidir.
- Alim Qurbanov və Füzuli Məmmədov transferə çıxarılarkən, baş məşqçiyə narazılığını bildirmişdin?
- Alimlə Füzuli komanda yaranan gündən orda olublar. Az əziyyət çəkməyiblər. Onların gedişi mənim üçün də gözlənilməz oldu. Bu, mənə pis təsir eləmişdi. Axı, hamımız onlara öyrəşmişdik. Amma Ponomaryova bu barədə heç nə deməmişəm. Adıma söz çıxarıblar ki, guya, otağına gedib, baş məşqçini acılamışam. Söhbət başqa cür olub. "Karvan"la oyundan qabaq məşqdə ayaq əzələmi dartmışdım. Qorxdum ki, bir az da qaçsam, zədə ciddiləşər. Məşqi yarımçıq tərk elədim. Bu, Ponomaryov gələndən bəri birinci və axırıncı hal idi. Həkimlər də gördülər ki, ayağım ağrıyır. Yenə "Karvan"a qarşı oynamaq istəyirdim. İqor həmin gün məni start heyətində meydana buraxmadı. İkinci hissədə istədi buraxsın, özüm riskə getmədim. Psixoloji cəhətdən o qədər pis olmuşdum ki, oyunumun alınmayacağını bilirdim. Tovuzda da mənə şans vermədi. Bir gün məni çağırdı yanına, dedi ki, sən oynamaq istəmirsən, səbəbini də bilirəm. Alimlə Füzulinin adını çəkdi, açıq-aşkar üzümə qayıtdı ki, onlara görə oynamırsan. Dedim, səhv fikirləşirsən, öz qərarındır. Amma onun yerinə olsaydım, yayadək gözləyərdim. İkinci dövrənin başlanmasına bir həftə qalmış ikisinə də deyir ki, özünüzə başqa komanda tapın. O uşaqlar nə qazanırdı ki, çörəklərinə də bais oldu. Çempionat qurtaranadək saxlasaydı, guya, Ponomaryova bir söz deyən olacaqdı? Əlbəttə, yox. Həmin söhbətdən sonra məni ikinci komandaya göndərmək istəyirdi. Getmədim. Axı sözü də deməyin forması var. Bilirsən, o arada qulağıma çox söz-söhbətlər çatırdı. Olmazın şeylər... Deyirdilər, Mircavadovun adamıdır, İqoru işləməyə qoymur. Guya, komandada qruplaşma yaratmışdım, heç kimi saya salmırdım. "Bakı" ilə kubok oyunundan qabaq bir də görüşdük. Ponomaryov dedi ki, sən futbolçular arasında lidersən, mən də baş məşqçiyəm, gəl, əl-ələ verək, irəli gedək. Çox danışdıq, axırda ayağa durub gəlib məni qucaqladı. Dedi, səndən çox şey gözləyirəm, mənə kömək elə. Vallah, elə bilirdi ki, mən komandanın uğurunu istəmirəm. Allaha and içdim, inandırmaq istədim ki, "Xəzər-Lənkəran" üçün həmişə can qoymuşam, bundan sonra da hazıram. Nə isə, ayrıldıq. "Bakı" ilə kubokun birinci oyununa kapitan kimi çıxdım. Komanda əla oynadı, bəxtsizlikdən uduzduq. Mən nə edə bilərdim, top qapıya getmirdi.
- Lakin "Bakı" ilə cavab görüşündən sonra söz-söhbət çıxdı ki, "Xəzər-Lənkəran"ın kubokdan çıxmasının səbəbkarı Emin Quliyevdir. Bilərəkdən zəif oynadığınız deyilirdi...
- Bir-iki yerdən də qulağıma xəbərlər çatıb. Bizi Yaradan Allaha, Qurana and olsun ki, heç vaxt çirkin işlərlə məşğul olmamışam. Nə bilərəkdən zəif oynamaq e, mən belə futbolçuyam? Bir adam barmağını qatlayıb deyə bilməz ki, Emin filan vaxtda bu işə gedib. Xasiyyətimi bilirlər. O niyyətlə heç kim mənə yaxınlaşa bilməz, dişimin dibindən çıxanı deyərəm. Topu küncə çıxarmısansa, demək, oyun satmısan? Futbolda belə təsadüflər nə qədər desən olur. İndi heç kim topu meydandan çıxarmasın ki, birdən qapıya qol vurarlar!? Gülməlidir, vallah! Kubokda mübarizəni dayandırmağımız Ponomaryovun günahı idi. 2:0 hesabı ilə qalib gəlirik, götürüb Svetkovla Dieqonu əvəzləyir. Mən də durub deyim ki, o, bunu bilərəkdən etdi, biz də uduzduq? 2:2-dən sonra əsəblərim yerindən oynadı, qırmızı vərəqəni aldım. Onsuz da son saniyələr idi, heç nə edə bilməyəcəkdik.
- MOİK-lə matçda sarı vərəqə almaqla, cəzalı duruma düşdünüz. Ponomaryovu bu məqam qıcıqlandıra bilər?
- MOİK Lənkəranda çox yaxşı oynadı. İkinci hissədə iki-üç qol vura bilərdilər. Ponomaryov məni meydana ikinci hissədə buraxdı. Oldu da, yenə sarı vərəqə aldım. Vallah, bilərəkdən deyildi.
- Baş məşqçi bildirib ki, onları qarşıda bir-birindən ağır oyunlar gözləsə də, sizin komandaya kömək edəcəyinizə inanmır.
- Özü üçün deyir bu sözü. İqor yaxşı bilir ki, mən komandaya həmişə hazıram. Onu başqa şey maraqlandırır. Mövsümün sonunda rəhbərliyə hesabat verməlidir. Səhv elədi, kubok əldən çıxdı. Qalıb çempionat. Burda da "Bakı" və "İnter" şanslıdır. Söz verib axı, komandaya uğur qazandırmalıdır. Bunu edə bilmədiyi üçün indidən adam axtarır ki, günahlarını atsın üstünə. Elə Alimlə Füzuli gedəndə başa düşdüm ki, növbədə mənəm. Üç ildə "Xəzər-Lənkəran"da 10 qol vurmuşam. Hamısı da komandaya vacib xallar qazandırıb. Dörd titul qazanan futbolçu kluba lazım olmaya bilməz. O görəcək ki, mən necə futbolçuyam. Ponomaryovun acığına hələ 3-4 il oynayacağam. Mənim bu qədər əziyyətimi yerə vurmaq olmaz. Bunu Allah da götürməz.
- “Xəzər-Lənkəran” rəhbərliyi ilə görüşmüsünüzmü?
- Hələ yox. Amma istəyirəm. Bilirəm əşi, aranı kimlər qızışdırıb. Bir-iki nəfər də var ki, yalandan ora-bura xəbər çatdırır. Nə olursa-olsun, mənim "Xəzər-Lənkəran" rəhbərliyinə münasibətim dəyişməyəcək. Mübariz Mənsimova da, Mais Mənsimova da böyük hörmətim var. Klubdan yaxşılıqla ayrılmaq istəyirəm. Arada çörək, xətir-hörmət var. Heç vaxt onların zəhmətini yerə vurmaram. Sabah başqa yerdə üz-üzə gələndə yenə salamlaşacağam, hal-əhval tutacağam. Bir Ponomaryova görə hər şeyin üstündən xətt çəkmərəm. Mənim getməyimdə rəhbərliyin heç bir günahı yoxdur. Hələ ki Ponomaryov öz sözünü yeridir. Bir gün onun da əsl siması üzə çıxacaq. Futbolçuya şər atan məşqçi uğur qazana bilməz. İlk növbədə Allah buna yol verməz.
- Sizdən əvvəl də klub dəfələrlə bir çox futbolçusunu transferə çıxarıb, sonra da geri qaytarıb. Yəni, inanmırsınız ki, belə hal baş verə bilər?
- "Xəzər-Lənkəran"ın qəlbimdə xüsusi yeri var. Karyeramın ən gözəl illərini bu klubda keçirmişəm. Lənkəran azarkeşlərindən ayrılmaq mənə çox dəhşətli gəlir. İnana bilmirəm. Gündə mənə çoxlu zəng gəlir, onlar da getməyimi istəmirlər. Bu sevgi qarşılıqlıdır. İndi də ora qayıdaram, amma İqor olmasın. Nə qədər ki, o, baş məşqçidir, "Xəzər-Lənkəran"a dönmərəm. Ondan sonra kim gəlir-gəlsin, can-başla bu komandada oynayaram.
- Dmitri Kramarenko ilə mübahisə etmisiniz?
- Dima ilə münasibətlərim yaxşıdır. Ponomaryovdur da, bilmir özündən nə uydursun. "Xəzər-Lənkəran"da elə bir futbolçu yoxdur ki, onunla problemim olsun. Çağırın, bir-bir soruşun. Bir ara dedilər ki, Əhməd Dursun və digər türkiyəli futbolçularla yola getmirəm. Onlar mənə "qardaş" deyir, aramız nə cür pis ola bilər? Səviyyəsiz-səviyyəsiz adamların söhbətləridir də. Ponomaryovu belə bilməzdim. Yığmada işləyəndə hamıya başqa cür yanaşardı. İnsan necə dəyişərmiş... "Xəzər-Lənkəran"da əvvəlki mehribançılıq qalmayıb. O gələnədək yenə münasibətlər yaxşı idi. Uşaqlar görürlər ki, İqor necə insandır. Oyun da yoxdur. Əvvəl Lənkərana gələn komanda tir-tir əsirdi. İndi hamı Lənkərana qələbə dalınca yollanır. Ponomaryov "Xəzər-Lənkəran" səviyyəsində məşqçi deyil. Onun işi dedi-qodudur.
- Yayadək nə edəcəksiniz? Hansı kluba keçəcəyinizi müəyyənləşdirmisiniz?
- Hələ ki istirahət edirəm. Yəqin ki, Bakı klublarının birində məşqlərə başlayacağam. Çempionatın qurtarmasına iki ay qalıb. Təkliflər də həmin ərəfədə gələcək. Qəzetlər yazırlar ki, "Bakı", "İnter" və "Karvan" məni heyətə cəlb etmək istəyirlər. Özümə bir söz deyən olmayıb. Amma imkan olsa, Lənkərana qayıdaram. Ponomaryov komandanı pis günə qoyub. Yalandan söz çıxarıb ki, Emin son 10 gündə dəyişib. Yenə həmin adamam, xasiyyətimi dəyişə bilmərəm. O, yerini itirməkdən qorxduğu üçün belə danışır da. Elə bilirdi ki, onun əvəzinə Mircavadovu gətirəcəyəm. Biz futbolçuyuq, məşqçini gətirən də, çıxaran da rəhbərlikdir. İqor komandadan getməlidir.

0
0