Azərbaycanlı fahişə məşhur futbolçunu klubsuz qoydu
03.04.2009 - 17:22
Türkiyənin “Konyaspor” klubunun rəhbərliyi futbolçu Erhan Albayraqla fizioterapevt Mustafa Fədaini komandadan qovub. Apasport.az saytının lent.az-a istinadən verdiyi məlumatına görə, səbəb Konya polisi tərəfindən həyata keçirilən “Lokum” adlı əxlaqsızlıqla mübarizə əməliyyatı nəticəsində hər iki şəxsin saxlanmasıdır.
Əməliyyat zamanı saxlanılanlardan 20-si qadın, 5-i isə kişi olub. Saxlanılan kişilərdən 4-ü isə “Konyaspor”un futbolçuları Erhan Albayraq, Cəlaləddin Qoçaq, Canər Altın və klubun fizioterapevti Mustafa Fədai olub.
Saxlanılan şəxslərdən 11-i, o cümlədən “konyaspor”lular dindirildikdən sonra sərbəst buraxılıb. Aralarında qadınların da olduğu qalan 14 nəfər isə tibbi müayinədən keçirilib. Onlar arasında əcnəbi əsillilər, o cümlədən gürcü və azərbaycanlılar var.
“Konyaspor”un mətbuat katibi Nadir Avcan klub üzvlərindən yalnız Erhanın olayın iştirakçısı olduğunu təsdiqləyib. Onun sözlərinə görə, futbolçu subay olduğu üçün yüngül əxlaqlı qadınlarla cinsi əlaqəyə can atdığını bildirib.
Qeyd edək ki, Almaniyanın Hamburq şəhərində doğulan Erhan Albayraq zəngin karyeraya malikdir. 32 yaşlı yarımmüdafiəçi “Verder”, Arminiya” (hər ikisi Almaniya), “Kocaelispor”, “Qaziantepspor”, “Fənərbağça”, “Ankaragücü”, “Ankaraspor”, “Çaykur Rizəspor” (hamısı Türkiyə) klublarında da çıxış edib.

0
0