AFFA milli komandanın baş məşqçisini dəyişdirdi
03.04.2009 - 17:42
AFFA milli komandanın baş məşqçisini dəyişdirdi
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının (U-19) baş məşqçisi postunda dəyişiklik edilib. Bu haqda apasport.az saytına məlumat verən AFFA-nın baş katibi Elxan Məmmədov bildirib ki, bundan sonra U-19-a almaniyalı Bernard Lippert rəhbərlik edəcək. İndiyədək bu komandanı çalışdırmış Yaşar Vahabzadə isə Lippertin köməkçisi işləyəcək.

“Bu, struktur dəyişikliyi ilə əlaqədardır. Yaşar Vahabzadəni yaxşı məşqçi olduğu üçün yığmada saxladıq. Ümumiyyətlə, biz əcnəbi mütəxəssislərin yanında yerli məşqçilərin işləməsini təmin edirik. Məhz bu yolla bizim məşqçilər xarici çalışdırıcıların sistemini öyrənib, gələcəkdə bunları müstəqil şəkildə tətbiq edə biləcəklər” - deyə Elxan Məmmədov vurğulayıb.

Qərara əsasən, Lippert U-19-la yanaşı, əvvəlki kimi, U-21-ə baş məşqçilik edəcək və AFFA-nın texniki direktoru vəzifəsini yerinə yetirəcək. Almaniyalının son günlərədək baş məşqçisi olduğu U-17-nin yeni məşqçi korpusu isə yaxın günlərdə müəyyənləşəcək.
0