İki futbolçu milli komandadan ömürlük uzaqlaşdırıldı
04.04.2009 - 12:36
İki futbolçu milli komandadan ömürlük uzaqlaşdırıldı
Şotlandiya milli komandasından qovulan qapıçı Alan Makqreqor və yarımmüdafiəçi Barri Ferqyusonla bağlı daha ağır qərar çıxarılıb. Apasport.az saytının məlumatına görə, “Reyncers” klubunda oynayan hər iki futbolçu yığmadan ömürlük kənarlaşdırılıb. Bu haqda qərar qəbul edən Şotlandiya Futbol Assosiasiyası Makqreqorla kapitan Feqyusonu bir daha milli komandanın şərəfini qorumaqdan imkanından məhrum edib.

Belə ağır cəzaya əsas səbəb futbolçuların cari seçmə mərhələ çərçivəsində Hollandiyaya böyük hesablı məğlubiyyəti (0:3) yığmanın qaldığı oteldə içki məclisi ilə qeyd etmələri olub. Buna görə Alanla Barrini İslandiya yığması ilə görüş öncəsi heyətdən kənarlaşdıran şotlandlar həmin oyunda 2:1 hesabı ilə qələbə qazanıblar.

Maraqlısı isə odur ki, idmançıya yaraşmayan hərəkətlərindən qalmayan futbolçular ehtiyat oyunçular skamyasında iki barmaqları ilə “V” işarəsini göstərməklə, jest ediblər. Bu, Böyük Britaniyada çox nalayiq hərəkət sayılır. Jestin kimə göstərildiyini birmənalı demək çətindir. Ola bilsin ki, bu, onları məğlubiyyətdən sonra kef məclisində olduqlarına görə heyətə qoymayan baş məşqçiyə ünvanlanıb.

Alan Makqreqor və Barri Ferqyusonun hərəkətinə onların klubları da sərt reaksiya göstərib. Onlar iki həftə oynamayacaqlar və bu müddətdə məvacib da almayacaqlar. Kapitanlıq sarğısından da mərhum edilən Ferqyusonla Makqreqorun yayda klubdan qovulacaqları da gözlənilir.
0